Modern.az

Türkiyə Rusiyadan S-400 raketləri alır

Türkiyə Rusiyadan S-400 raketləri alır

18 Noyabr 2016, 15:36

 

“Türkiyə uzaq və orta mənzilli S-400 zenit-raket sistemlərinin alınması haqqında Rusiya ilə danışıqlar aparır”.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin müdafiə naziri Fikri İşık bildirib.

 

“S-400 zenit-raket sistemlərinin satın alınmasına dair yalnız Rusiya ilə yox, həm də analoji sistemləri olan digər ölkələrlə danışıqlar aparırıq.

 

Hazırda Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. NATO-ya üzv ölkələrin bu məsələyə ciddi yanaşacağına və sistemimizin alyansın tələblərinə uyğun olacağına ümid edirik. Amma bu Rusiyanın təklifinin qəbul olunması anlamına gəlmir, bütün variantları təhlil edərək əməkdaşlığı davam etdirəcəyik.

Bu məsələdə yekun məqsəd sistemlərin öz ölkəmizdə istehsalını təşkil etməkdir”-deyə müdafiə naziri deyib.

 

Xatırladaq ki, Türkiyə ilk dəfə 2009-ci ildə S-400 raket kompleksləri ilə maraqlansa da, o zaman əməkdaşlıq dayandırılıb.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU