Rusiyada biznesmen küçədə güllələnib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, biznesmen İqor Mekler Moskvada öldürülüb.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, sui-qəsd zamanı biznesmenə 49 dəfə atəş açılıb: “Güllələrdən 7-si Meklerə dəyib. İlkin ehtimallara görə, cinayətkarlar 3 nəfər olublar. Mərhumun yaxınları cinayətə səbəb kimi Meklerin bəzi şəxslərə olan külli miqdarda borcunu qaytarmaqdan imtina etməsini göstəriblər".
Modern.az