Modern.az

Rusiyada soydaşımız yas yerində öldürüldü

Rusiyada soydaşımız yas yerində öldürüldü

Dünya

18 Noyabr 2016, 22:48

Rusiyada Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs saxlanılıb. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Novqorod vilayətinin Pestovski rayonunda qeydə alınıb. Məlumata görə, onu Ponomaryovo kəndində bıçaqla vurublar. O, sükan arxasına keçib maşınla özünü şəhərdəki xəstəxanaya çatdırıb yardıma çağırsa da həkimlər gələnədək keçinib.

Məlumata görə, hüquq-mühafizə orqanlarında mənbə yerli jurnalistlərə danışıb ki, kəndin dəfələrlə mühakimə edilən 40 yaşlı sakini yas mərasimində ehsan verirmiş. Əvvəlcədən spirtli içki də sifariş edibmiş. Amma sonra onun həmin spirtli işkini gətirən Azərbaycan vətəndaşı ilə qiymətə görə mübahisəsi düşüb...

 

Şübhəli şəxsi ertəsi gün saxlayıblar. Rusiya Federasiyası İstintaq Komitəsinin Novqorod vilayəti üzrə bölməsindən bildiriblər ki, qatil törətdiyi cinayəti qismən etiraf etsə də, əvvəlcədən onu öldürmək fikrinin olmadığını deyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU