Monteneqro Prokurorluğu Baş nazir Milo Cukanoviçə sui-qəsd və dövlət çevrilişi hazırlayan rusiyalıların adını açıqlayıb. Modern.az saytı xəbər verir ki, Axar.az-ın məlumatına görə, onların adı Eduard Şirokov və Vladimir Popovdur. Bu şəxslər həm də cinayətin təşkilatçısı olublar.
Qeyd edək ki, oktyabrın 16-da Monteneqro Baş naziri Milo Cukanoviçə sui-qəsd cəhdi olub. Ölkə polisinin keçirdiyi əməliyyat nəticəsində 50-yə yaxın şəxs həbs edilib. Onlar arasında Rusiya, Serbiya və Monteneqro vətəndaşları olub. Monteneqro hökuməti rus millətçilərinin Cukanoviçi öldürmək istədiyini bildirib.
Modern.az