Kilis qarşısındakı Suriya torpaqlarında aparılan “Firat Qalxanı” əməliyyatında iştirak edən əsgərlərə, İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları tərəfindən hücum təşkil olunub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücumda yaralanan türk əsgərlərindən 3-ü helikopterlə Qaziantepə gətirilərək xəstəxanaya yerləşdirilib.
Yaralı əsgərlərdən birinin həyatı üçün təhlükənin olduğu bildirilir.
Modern.az