Modern.az

NATO Rusiya ilə sərhəddə hərbi gücünü artırır

NATO Rusiya ilə sərhəddə hərbi gücünü artırır

20 Noyabr 2016, 00:36

Fransanın müdafiə naziri Jan-İv Le Drian Estoniyanın müdafiə naziri Hannes Hansoya bildirib ki, Fransa tərəfi Estoniyaya 300 hərbçi, 5 Lecrerc markalı tank və 13 BMP göndərəcək. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə ERR portalı xəbər yayıb.

“Eston və fransız əsgərləri Afrikada əməliyyatlarda qardaşlaşıblar. Biz aydın şəkildə anlayırıq ki, hazırda Avropanın müdafiəsinə fikir verməliyik. Bunun üçün NATO-nun Baltik dənizi regionundakı sərhədlərində hərbi gücü artırmaq lazımdı”, - Hanso bildirib.

Bildirilir ki, fransız hərbi birləşmələri Böyük Britaniya komandanlığı altında xidmət edəcəklər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU