Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ABŞ-ın yeni seçilən dövlət başçısı Donald Trampla bu ölkəyə səfəri zamanı görüşəcəyini istisna etmir.
“Mən dekabr ayında Çikaqoda ABŞ müsəlmanlarının illik görüşünə gedə bilərəm. Əgər bu səgər baş tutarsa, bizim Trampla görüşümüz də təşkiloluna bilər”, - Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ərdoğan deyib.
Qeyd edək ki, Ərdoğan artıq Trampla telefonla danışıb və prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Onun fikrincə, indi ABŞ-da yeni siyasi era başlayıb.
Modern.az