Modern.az

ABŞ-da qar çovğunu nəticəsində 3 nəfər ölüb, 20 min ev işıqsız qalıb

ABŞ-da qar çovğunu nəticəsində 3 nəfər ölüb, 20 min ev işıqsız qalıb

20 Noyabr 2016, 16:16

Bakı. 20 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Minnesota ştatında saatda 112 kilometrədək güclü küləklə müşayiət olunan qar çovğunu baş verib.

Modern.az “Report”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 20 mindən çox ev işıqsız qalıb, 3 nəfər ölüb.

Amerika telekanallarının məlumatına görə, cümə-şənbə günləri qar örtüyünün hündürlüyü bir sıra rayonlarda yarımmetrə çatıb.

Ştatda 440 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 3 nəfər ölüb, onlarla insan yaralanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU