Modern.az

Misir prezidentinə süi-qəsdin qarşısı alınıb

Misir prezidentinə süi-qəsdin qarşısı alınıb

20 Noyabr 2016, 20:11

Misir təhlükəsizlik qüvvələri ölkə prezidenti Abdel Fəttah əl-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misir baş prokuroru Nabil Sadek açıqlama verib.

Baş prokurorun sözlərinə görə, terrorçulardan biri Səudiyyə Ərəbistanı vətəndaşı olub. Misir prezidentini öldürməyi planlaşdıran iki nəfər cəhdlərindən birinin əl-Sisinin Məkkədə ümrə (kiçik həcc) ziyarəti zamanı həyata keçirilməsini planlaşdırıb.

Qeyd edək ki, Misir Hərbi Prokurorluğunun istintaqını apardığı cinayət işi çərçivəsində onlarla insan saxlanılıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU