Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət başçısı Barak Obama Peruda keçirilən ATES-in sammitində qısa söhbət edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda jurnalistlərə Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“İşgüzar iclas başlayana qədər bir-birilərini salamlayıblar və lap qısa söhbət ediblər”, - Peskov bildirib.
Limadakı sammit Barak Obamanın ABŞ-ın prezidenti kimi iştirak etdiyi son böyük beynəlxalq tədbirdir.
Donald Tramp 2017-ci il yanvarın 20-də yeni seçilən prezident kimi fəaliyyətə başlayacaq.
Modern.az