Modern.az

“Qalatasaray” 17 ildir məğlub olduğu meydanda yenə yenildi

“Qalatasaray” 17 ildir məğlub olduğu meydanda yenə yenildi

20 Noyabr 2016, 23:16

Bu gün Türkiyə Superliqasının 11-ci turununun növbəti oyunu keçirilib. Modern.az saytı xəbər verir ki, turun mərkəzi oyununda əzəli rəqiblər olan “Fənərbaxça” və “Qalatasaray” qarşılaşıb.

“Fənərbaxça”nın meydan sahibi kimi çıxdığı oyunu Cüneyt Çakır idarə edib. Bu dəfəki oyunda sevinən tərəf isə “Fənərbaxça” olub. Belə ki, “Fənərbaxça”nın oyunçusu Van Persi 45-ci dəqiqədə hesabı açıb. Oyunun 78-ci dəqiqəsində isə Van Persi penaltidən özünün və komandasının ikinci qolunu vurub. Bununla da 17 ildir Kadiköydə qələbə qazana bilməyən “Qalatasaray”ın uğursuz seriyası bir qədər də uzanıb.

 

Qazanılan qələbə sayəsində “Fənərbaxça” turnir cədvəlində də “Qalatasaray”ı geridə qoyub. Xallarının sayını 21-ə çatdıran “Fənər” üçüncü pilləyə yüksəlib. 20 xalda qalan “Aslanlar” isə beşinci pilləyə yuvarlanıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU