Ukraynada yenidən etiraz aksiyaları başlayıb. Modern.az saytı Ukrayna mediasına istinadən xəbər verir ki, bu gün Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib. Məlumata görə, insidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub. Hadisə nəticəsində saxlanılanlar var.
Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə “Maydan” hərəkatının başladığı günlə əlaqədar «Şərəf və Azadlıq Günü» qeyd olunur.
Modern.az