Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, tərəflər Suriyada münaqişənin nizama salınması yollarını müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirə Amerika tərəfinin təşəbbüsü ilə baş tütüb. Tərəflər BMT Təhlükəsizlik Şurasının Suriyada danışıqlara ilkin şərtsiz başlamaq tələbi də daxil olmaqla, münaqişənin nizama salınması yollarının müzakirəsini davam etdirib. Həmçinin Hələbin qanunsuz silahlı qruplaşmaların olduğu şərq hissəsində vəziyyətin normallaşdırılması məsələsi müzakirə edilib.
Bundan başqa Yəməndə, Ukraynada mövcud durum, yaxın Şərqdə vəziyyətin nizama salınması da müzakirə mövzusu olub.
Modern.az