Modern.az

Avropa Parlamenti Türkiyə ilə əlaqələri dondurdu

Avropa Parlamenti Türkiyə ilə əlaqələri dondurdu

24 Noyabr 2016, 15:32

Avropa Parlamenti Türkiyə ilə əlaqələrini dondurmağa bağlı qərar verib.

 

Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.  

 

Xəbərə görə, 479 deputat  qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb.

 

Xatırladaq ki, Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir. Türkiyə ilə üzvlük müzakirələri yalnız Avropa İttifaqı Şurasının qərarı ilə dayandırıla bilər.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU