Adananın Seyhan rayonundakı Sarıhamzalı məhəlləsində bomba mexanizmi olduğu öyrənilən bir avtomobil ələ keçirilib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, polisin “Dayan!” xəbərdarlığına tabe olmayan sürücü silahla vurulub.
O, yaralı halda sürücü xəstəxanaya aparılıb.
Adanadakı bombalı hücumla bağlı şübhəli olaraq axtarılan yüngül ticarət avtomobili yerloi vaxtla saat 15:25-də Seyhan rayonu Küçükdikili məhəlləsində müəyyənləşdirilib.
Komandaların dayanmaqla bağlı xəbərdarlığına baxmayaraq, qaçan avtomobil sürücüsü, polis tərəfindən vurularaq zərərsizləşdirilib.
Bomba mexanizmi olduğu irəli sürülən avtomobil üçün bomba məhv edən mütəxəssis tələb olunub. Ətrafda geniş təhlükəsizlik tədbirləri görülüb.
Səhər saatlarında Adana valiliyinin avtomobil dayanacağında bomba yüklü avtomobillə hücum təşkil olunub. Nəticədə 2 nəfər həyatını itirib, 33 nəfər də yaralanıb.