Ukraynanın devrilmiş sabiq prezidenti Viktor Yanukoviç 2014-cü ildə ölkəni tərk etməsinin səbəbini açıqlayıb.
Modern.az saytının Rusiya KİV-nə istinadla xəbərinə görə, Yanukoviç Kiyevin Şvyatonskiy məhkəməsinin gedişatında deyib ki, ölkədən çıxmaq vətəndaş müharibəsinin qarşısını almaq üçün Ukraynanı tərk etmək qərarı verib.
O, Rostovdan videogörüntü ilə “Maydan” hərəkatı işi üzrə sualları cavablandırıb.
“Mən bu qərarı qəbul etdim. Bu zaman yalnız Rusiya prezidenti Rusiya prezidenti Vladimir Putinə müraciət etdim. Ona dedim ki, Ukrayna ərazisini tərk etmək haqqında qərar qəbul etmişəm”-deyə Yanukoviç bildirib.
Keçmiş prezidentin sözlərinə görə, əgər Ukraynada qalsaydı, bu zaman ölkədə vətəndaş müharibəsi başlayacaqdı.
Aqşin KƏRİMOV