Modern.az

Putin 34 yaşlı Oreşkini nazir təyin etdi

Putin 34 yaşlı Oreşkini nazir təyin etdi

Dünya

30 Noyabr 2016, 17:40

Rusiya prezidenti Vladimir Putin 34 yaşlı Maksim Oreşkini iqtisadiyyat naziri təyin edib.

 

Modern.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Putin  maliyyə nazirinin müavini Maksim Oreşkinə İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik etməyi təklif edib.

 

M.Oreşkin də öz növbəsində prezidentin təklifini qəbul edib. Beləliklə, 34 yaşlı M.Oreşkin cari Nazirlər Kabinetində ən gənc nazir olub.

 

Oreşkin  2015-ci ilin martından maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

 

Xatırladaq ki, 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı ötən ay cinayət işi açılıb.

 

 

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU