Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropanın arxasınca qaçmaq niyyətlərinin olmadığını deyib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə prezidenti Avropa Birliyindən öz niyyətlərini açıq göstərmələrini istəyib.
“Bizim Avropa Birliyinin arxasınca qaçmaq səbrimiz tükənib. Ölkəmizə qarşı mənasız düşmənçiliyi geridə qoysalar, Birliyin tamhüquqlu üzvü olmağa hazırıq”.
Ərdoğan rəsmi Brüsselin viza rejimini sadələşdirəcəyi, Ankaraya 6 milyard avro yardım edəcəyi və üzcvlük danışıqlarını bərpa edəcəyi halda qarşlılıqlı addımlar atacağını deyib.
O, ölkəsinin Çin, Rusiya, Mərkəzi Asiya respublikaları və İranla normal münasibətlər saxlamaq niyyətinin də olduğunu deyib.
Modern.az