Modern.az

Pentaqona "Quduz it" rəhbərlik edəcək - Trampdan AÇIQLAMA

Pentaqona "Quduz it" rəhbərlik edəcək - Trampdan AÇIQLAMA

2 Dekabr 2016, 12:08

ABŞ-ın yeni administrasiyasında Pentaqona dəniz piyada generalı, bu ölkənin silahlı qüvvələri mərkəzi komandanlığınən keçmiş rəhbəri Ceyms Mettis başçılıq edəcək.

Modern.az xəbər verir ki, bu informasiyanı yeni prezident Donald Tramp da təsdiqləyib.

“Biz “Quduz iti” müdafiə naziri təyin edəcəyik”, - ABŞ-ın yeni lideri Ohayo ştatının Tsintsinnati şəhərində öz tərəfdarları qarşısındakı çıxışında bəyan edib.

O, “bu haqda rəsmi məlumat gələn həftənin birinci günü veriləcək”,  - deyərək  zarafatla məlumat sızdırdığını da vurğulayıb.

Mattis Vaşinqton ştatında anadan olub. Hərbi xidmətə 1969-cu ildə ABŞ-ın hərbi piyada korpusunda başlayıb.

Sonradan demək olar bütün hərbi münaqişlərdə iştirak edib: 1991-ci ildə Fars körfəzindəki münaqişə iştirakçısıdır, sonradan Əfqanıstankı xüsusi əməliyyatlara qatılıb. 2003-cü ildə İraqda diviziyaya rəhbrəlik edib.

İstefaya gedəndən sonra general elmlə məşğul olub və General Dynamics müdafiə çirkətinin direktorlar şurasının üzvü olub.

O, öz nəslinin ən nüfuzlu hərbi rəhbərlərindən biri kimi tanınır. Onu strateji düşüncə adamı kimi də tanıyırlar. Bəzən onu aqressiv fikirləri ilə xatırlayırlar.

 

Mettis dəfələrlə bəyan edib ki, Rusiyaya ehtiyatla yanaşır və onun fikrincə, Rusiya NATO-nu hissələrə bölmək istəyir.

 

Onun fikrincə, Moskva Moskva Ukraynaya qarşı aqressiyasını dayandırmalıdır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU