Modern.az

Robotların ümumdünya sammitinin keçiriləcəyi yerin adı AÇIQLANDI

Robotların ümumdünya sammitinin keçiriləcəyi yerin adı AÇIQLANDI

2 Dekabr 2016, 13:38

2020-ci ildə robotların birinci ümumdünya sammitinin keçiriləcəyi yer bəlli olub.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Xirosiqe Sekon bildirib. Onun sözlərinə görə, sammit Tokoname və Minamisona şəhərlərində keçiriləcək.

“Biz gələcəkdə robotların cəmiyyətdə necə işləyəcəklərinə və onların həyat tərzini necə dəyişə biləcəklərinə baxmaq istəyirik”-deyə o bildirib.

Robotlar sammitinin məqsədi məişətdə və sənayedə istifadə olunan bu maşınların yaradılması prosesini sürətləndirmək, həmçinin sosial problemlərin həllinə dəstək olmaqdır.

 

Aqşin KƏRİMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu