Modern.az

İran Ali Məhkəməsi milyarderin edam hökmünü TƏSDİQLƏDİ

İran Ali Məhkəməsi milyarderin edam hökmünü TƏSDİQLƏDİ

3 Dekabr 2016, 14:58

İran Ali məhkəməsi milyarder Babək Zəncaninin edam hökmünü təsdiq edib.

Modern.az-ın xarici KİV-ə istinadın verdiyi məlumata görə, bunu məhkəmənin nümayəndəsi Qulamrza Ənsari deyib.

Daha əvvəl ISNA agentliyi milyarderin edam qərarının ləğv olunması barədə məlumat vermişdi. Lakin Zəncaninin vəkili yekun qərarın bu gün məlum olacağını demişdi.

Qeyd edək ki, biznesmen B.Zəncani neft sazişləri vasitəsilə dövlət vəsaitlərinin oğurlanmasında ittiham olunub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU