Belçika polisi İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən şəxsləri yaxalayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, saxlanılan 8 nəfər qruplaşmaya yeni silahlılar cəlb etməkdə də iştirakda şübhəli bilinir.
Belçika Federal Prokurorluğunun məlumatına görə, əməliyyat dörd bölgədə keçirilib. Axtarışlar zamanı silah və partladıcı qurğular aşkarlanmayıb.
Modern.az