Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nursultan Nazarbayevin dəvəti ilə 11-12 dekabrda Qazaxıstana səfər edəcək.
Bu barədə Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir.
Ərdoğanın səfər zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə məhdud və geniş tərkibdə görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli və regional məsələlər, həmçinin 2017-ci ildə keçiriləcək Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasına hazırlıq müzakirə olunacaq.
Modern.az