Modern.az

Azad Suriya Ordusu daha bir şəhəri azad edir

Azad Suriya Ordusu daha bir şəhəri azad edir

9 Dekabr 2016, 22:53

Azad Suriya Ordusu daha bir şəhəri azad etməyə yaxındır. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Mövlud Çavuşoğlunun sözlərinə görə, qısa müddət ərzində əməliyyatın tamamlanması nəzərdə tutulur: “Azad Suriya Ordusu bizim də dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb. Menbiç şəhərinə bizim və ABŞ əsgərlərindən ibarət dəstə göndərilib. YPG-nin Fərat çayının şərqinə keçdiyindən əmin olanadək səylərimizi davam etdirəcəyik”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU