Modern.az

Qırğızıstanda ümumxalq səsverməsi keçirilir

Qırğızıstanda ümumxalq səsverməsi keçirilir

11 Dekabr 2016, 09:45

Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçirilir. Səsvermə məntəqələri yerli vaxtla saat 8.00-da açılıb. 

 

Modern.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, ölkə qanunlarına görə, seçki hüququ olan vətəndaşların 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş sayılır. 


Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev referendumun gedişini MDB və TürkPA missiyası tərkibində izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov, Elşən Əskərov, Arifə Muxtarova və Kəmalə Əliyeva da müşahidəçilər arasındadır. 

 

Xatırladaq ki, Qırğızıstan müstəqilik əldə etdikdən sonra Konstitusiyaya indiyədək yeddi dəfə düzəliş olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU