Modern.az

Polis rəisinin arvadı vəhşicəsinə öldürüldü

Polis rəisinin arvadı vəhşicəsinə öldürüldü

11 Dekabr 2016, 14:37

Samara vilayətində naməlum şəxslər Otradnı şəhər polisinin rəisinə və onun arvadına evdə hücum ediblər.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, basqın edənlər evin sahibinə və onun həyat yoldaşına xəsarət yetiriblər. Nəticədə rəisin həyat yoldaşı ölüb.

Məlumatda qeyd edilir ki, dekabrın 11-də gecə polis rəisi və onun arvadı Smışlyaevka kəndindən evə qayıdanda orada maskalı 4 nəfərlə rastlaşıblar. Hücum edənlər də həmin şəxslər olub.

Polis rəisi yalnız səhər saatlarında özünə gələrək təcili yardım çağırıb. Qadını xilas etmək mümkün olmayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU