Modern.az

Qırğızıstanda referendum baş tutub

Qırğızıstanda referendum baş tutub

11 Dekabr 2016, 17:10

Bu gün Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı  keçirilən ümumxalq səsverməsində (referendum) artıq seçicilərin 30,41 faizi səs verib.

 

Modern.az-ın məlumatına görə, qanunvericiliyə əsasən seçicilərin 30 faizindən çoxu səs verdiyi üçün Qırğızıstan Mərkəzi Seçki Komissiyası referendumun baş tutduğunu açıqlayıb.

 

Milli Məclisin deputatı Musa Quliyev referendumun gedişini MDB və TürkPA missiyası tərkibində izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov, Elşən Əskərov, Arifə Muxtarova və Kəmalə Əliyeva da müşahidəçilər arasındadır.

 

Xatırladaq ki, Qırğızıstan müstəqilik əldə etdikdən sonra Konstitusiyaya indiyədək yeddi dəfə düzəliş olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU