Skripkaçı Pavel Vernikovun qatarda XVIII əsrə aid bahalı skripkasını oğurlayıblar. Modern.az saytı xəbər verir ki, qiymətli musiqi alətinin dəyəri 1.5 milyon dollardır.
Musiqiçinin sözlərinə görə, Syonedən Cenevrəyə gedərkən içərisində 4 sim və şəxsiyyət vəsiqəsi də olan alətini aparıblar: “Sanki mənim övladımı oğurlayıblar. Onsuz mən heç vaxt musiqiylə məşğul ola bilməyəcəyəm”.
Modern.az