Modern.az

Birinci ledi gizli oğul dünyaya gətirdi

Birinci ledi gizli oğul dünyaya gətirdi

12 Dekabr 2016, 20:02

Şimali Koreyanın lideri Kim Çen Inın həyat yoldaşının gizli şəkildə varis dünyaya gətirdiyi istisna olunmur.  Modern.az saytı xəbər verir ki, bu iddia ilə Britaniyanın “The Daily Star” tabloidi çıxış edib.

Nəşrin jurnalistləri birinci ledi Li Sol Çjunun son 8 ayda cəmiyyətdə görünməməsindən belə qənaətə gəliblər.

Bu müddətdə Şimali Koreya KİV-ləri birinci ledinin kütlə qarşısınada görünməməsinin səbəbini aydınlaşdırmağa çalışıblar.

O cümlədən, belə versiya da irəli sürülüb ki, Kim Çen Inın həyat yoldaşı ölkə liderinin gözündən düşüb.

The Daily Star” “Renxal” agentliyinə istinadən yazır ki, Li Sol Çju ərini 2013-cü ildə 22 tədbirdə müşayiət edib. Birinci ledi 2014-cü ildə 15 tədbirdə, keçən il yalnız 7, bu ilisə yalnız 4 hadisə zamanı Şimali Koreya lideri ilə yanaşı görünüb.

O, uzun müddət yoxa çıxdıqdan sonra yalnız bu il dekabrın 5-də hərbi qırıcıların çıxışı zamanı görünüb.

Qəzet qeyd edir ki, Kim Çen Inın birinci övladı haqda dünya ictimaiyyəti təsadüfən xəbər tutub. Bu haqda NBA-nın keçmiş basketbolçusu Dennis Rodman danışıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU