Modern.az

Azərbaycanlı biznesmeni şantaj edən polislər tutuldu

Azərbaycanlı biznesmeni şantaj edən polislər tutuldu

13 Dekabr 2016, 12:44

 İnquşetiyada Rusiya Daxili İşlər Nazirliyinin ektremizlə mübarizə idarəsinin bütün  rəhbər heyəti həbs olunub. Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, idarə rəisi Timur Xamxoyev başda olmaqla, 6 əməkdaş “qabaqcadan əlbir olan bir qrup şəxslə quldurluq  etmək” maddəsi ilə saxlanılıb.

Onlar həmçinin saxlanılan şəxslərə işgəncə verdikləri də aydınlaşıb.

 

Məlumata görə, Rusiya ektremizlə mübarizə idarəsinin əməkdaşları Azərbaycan vətəndaşının Audi A6 avtomobilini və mobil telefonunu zorla əlindən alıblar. “Qanun keşikçiləri” azərbaycanlıdan daha 800 min rubl pul tələb ediblər. Əks halda onun yerli sakinlər intim münasibətdə olduğu videonu yayımlayacaqlarını və qızın qohumlarının buna görə azərvbaycanlı ilə “yerli qaydalara uyğun” qisas alacaqları ilə hədələyib.

Azərbaycan vətəndaşının şikayəti əsasında Rusiyanın İnquşetiya üzrə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ektremizmlə mübarizə idarəsinin rəisi Timur Xamxoyevi, istintaqçılar Aslan Xamxoyevi, Həsən Osmiyevi, Əhməd Dobriyevi, İsa Aspıyevi, Əhməd Dolqiyevi və Bekxan Tamasxanovu həbs ediblər.

 

Vüqar İSMAYILOV

   

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU