Modern.az

Prezident deputata cinayət işi açılmasını istəyir

Prezident deputata cinayət işi açılmasını istəyir

13 Dekabr 2016, 20:02

Ukrayna prezidenti Pyotr Poroşenko Baş Prokurorluqdan Ali Radanın deputatı Nadejda Savçenkoya qarşı cinayət işi qaldırılmasını xahiş edib. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, müvafiq petisiya prezidentin saytında da qeydiyyata alınıb.

 

Petisiya yaradıcıları hesab edirlər ki, Savçenkoya qarşı dövlətə xəyanət, casusluq, hakimiyyəti güc yolu ilə devirməyə yönəlik fəaliyyət və Ukraynanın ərazi bütövlüyünə qəsdə görə cinayət işi qaldırılması vacibdir.

 

Bundan başqa, müəlliflər Savçenkonun deputat toxunulmazlığının götürülməsinə və onun dövlət sirlərinə girişinə qadağa qoyulmasına çağırış edirlər.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU