Modern.az

Putin ilk məhəbbətindən DANIŞDI

Putin ilk məhəbbətindən DANIŞDI

13 Dekabr 2016, 22:42

Rusiya prezidenti Vladimir Putin yaponiyalı jurnalistlərlə görüşündə uşaqlıqdan dzüdo ilə məşğul olmasından razı qaldığını etiraf edib.

“Bu, sözsüz ki, ilk məhəbbət adlanır”, - Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Putin belə hesab edir.

O qeyd edib ki, digər idman növləri, o cümlədən üzgüçülük, dağ xizəçkiliyi və hokkeylə də məşğul olur, ancaq dzüdo onun həyatının böyük hissəsini təşkil edir.

Vladimir Putin şərq güləşi ilə 11 yaşından məşğuldur, dzüdo və sambo üzrə idman ustasıdır.

O 2016-cı ildən Avrasiya dzüdo ittifaqının fəxri prezidentidir, 2010-cu ildə isə Cənubi Koreyanın Enin universitetinin “Dzüdo sahəsində doktoru” fəxri diplomu ilə təltif olunub.

Bundan başqa, Putin 2014-cü ildə növbəti, 8-ci karate üzrə Kekusin-kan kəməri alıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU