Modern.az

Hələb silahlılardan azad edilib - VİDEO

Hələb silahlılardan azad edilib - VİDEO

13 Dekabr 2016, 23:15

Suriyada hökumət qüvvələri Hələb şəhərinə nəzarəti ələ ala bilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, artıq şəhər sakinləri küçələrə çıxaraq Hələbin silahlılardan azad edilməsi münasibətilə şənlik mərasimi keçiriblər.

Onların bir qismi əllərində prezident Bəşər Əsədin və ölkənin bayraqlarını dalğalandırıblar. Qeyd edək ki, son məlumatlarda şəhərin böyük hissəsinin silahlılardan azad edildiyi bildirilir. Məlumata görə, hazırda Hələb ərazisinin cəmi 2 faizi – 3 kvadrat kilometrə yaxın hissəsi silahlı qruplaşmaların nəzarəti altındadır.

Artıq şəhərin yaşayış məntəqələrinin minalardan təmizlənilməsi əməliyyatı da başlayıb. Silahlı qruplaşmalar şəhərin azad edilməsi ilə barədə məlumata hər hansı münasibət bildirməyiblər. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU