ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FED) Açıq Bazarlar üzrə Komitəsinin növbəti iclasında baza faiz dərəcəsi artırılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, faiz dərəcəsi 16 dekabr 2015 il tarixindən ilk dəfə 0,5-0,75% səviyyəsinə yüksəldilib.
Qeyd edək ki, sonuncu dəfə faiz dərəcəsi 2015-ci ilin dekabrında artırılıb.
Ekspertlər deyirlər ki, uçot dərəcəsinin artırılması dolların daha möhkəmlənməsinə səbəb olacaq. Dolların möhkəmlənməsi qarşılığında Azərbaycan manatının daha da ucuzlaşacağı gözlənilir...
Modern.az