Modern.az

ABŞ-da şirkət rəhbərinin dövlət katibi postuna gətilməsinin səbəbi

ABŞ-da şirkət rəhbərinin dövlət katibi postuna gətilməsinin səbəbi

15 Dekabr 2016, 00:41

ABŞ-ın yeni şeçilmiş prezidenti Donald Trampın qərargahı Tillersonun dövlət katibi postuna seçilməsinin səbəbini açıqlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, “Exxon Mobil” korporasiyasının başçısı Reks Tillerson zəngin beynəlxalq təcrübəyə malik olduğuna görə Donald Tramp tərəfindən ABŞ dövlət katibi seçilib.

Donaldın Trampın rəsmi nümayəndələri Şon Spayser və Ceyson Miller bəyan edib ki, Reks Tillerson beynəlxalq səviyyəli mütəxəssisdir: “Onun dünya üzrə zəngin təcrübəsi və əlaqələri, eyni zamanda geosiyasət məsələlərində anlayışı var”.

 

Ş.Spayser, öz növbəsində, R.Tillersonun Senat tərəfindən təsdiq olunacağına əminliyini bildirib. O qeyd edib ki, “Exxon Mobil”-in rəhbərinin dövlət katibi postuna gətirilməsinə münasibət olduqca müsbətdir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU