Rusiyada İŞİD tərəfdarları olduğu ehtimal edilən şəxslərə qarşı xüsusi əməliyyat keçirilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, əməliyyat Samara şəhəri yaxınlığında xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları tərəfindən keçirilib.
Məlumata görə, əməliyyat keçirilən ərazidə partladıcı qurğu aşkarlanıb. Ərazidəki yaşayış binasından sakinlər təcili təxliyə edilib. Məlumata görə, İŞİD tərəfdarları olduğu ehtimal edilən şəxslər həmin binada yaşayırmışlar.
Hazırda sakinlər öz mənzillərinə qayıdıb. Hadisə yerində polis növbə çəkir.
Modern.az