Fransa Senatı ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərarı təsdiq edib. Modern.az saytı xaric mediaya istinadən xəbər verir ki, fövqəladə vəziyyət rejimi 15 iyul 2017-ci il tarixinədək uzadılıb.
Beləliklə, bu qərarı ölkə parlamenti tərəfindən qəbul edilmiş hesab etmək olar. Çünki bundan əvvəl Milli Assambleyanın deputatları fövqəladə vəziyyətin uzadılmasının lehinə səs veriblər.
Bu qərar güc strukturlarına ölkə vətəndaşlarının təhlükəsizliyini gücləndirilmiş iş rejimində təmin etmək imkanı verəcək.
Modern.az