Modern.az

İstanbulda yazıçı güllələnib

İstanbulda yazıçı güllələnib

16 Dekabr 2016, 00:41

Yazıçı Beki İkala Erikli İstanbulun Beyoğlu səmtində silahla vurularaq öldürülüb. Modern.az saytı xəbər verir ki, Musavat.com-un məlumatına görə, hadisə axşam saatlarında Ömerevi məhəlləsindəki yaşayış binasının qarşısında baş verib. Binada yaşayan sakinlərdən biri silah səsi eşidərək həyətə düşüb. Silahla vurulmuş yaralı qadını yerdə görən bina sakini polisə və təcili yardıma zəng edib. Olay yerinə gələn təcili yardım həkimləri qadın yazarın öldüyünü müəyyən edib.

Polisin hadisə yerində araşdırmaları davam edir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU