Modern.az

Afinanın şimalında qədim yeraltı şəhər tapılıb

Afinanın şimalında qədim yeraltı şəhər tapılıb

16 Dekabr 2016, 20:58

Afinanın şimalında yerləşən Karditsa şəhərinin yaxınlığında İsveçin Qeterborq Universitetinin arxeoloqları qədim yeraltı şəhər tapıblar. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, yeni tapıntı antik dövrün tarix barədə təsəvvürləri dəyişə bilər. Xüsusi radar vasitəsilə arxeoloqlar yerin altındakı qədim əşyaları nəzərdən keçirə biliblər.

 

Arxeoloqlar bildiriblər ki, qazıntıya başlamamalarına baxmayaraq, onlar xüsusi cihazlar vasitəsilə artıq şəhərin müxtəlif tərəflərə uzanan küçələrini də görə bilirlər.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU