İstanbulun Beşiktaş rayonunda törədilən son terror aktının təşkilatçılarından daha birinin şəxsiyyəti müəyyənləşib. Modern.az saytı Türkiyə mediasına xəbər verir ki, məhkəmə-tibb ekspertləri Maçka parkı yaxınlığında aşkarlanan terrorçu-kamikadzenin qalıqlarının DNT nümunələrini tədqiq edib.
Ekspertiza nəticəsində terrorçu-kamikadzenin Şanlıurfa vilayətinin sakini, 20 yaşlı Burak Yavuz olduğu məlum olub.
Dekabrın 10-da İstanbulda törədilən iki partlayış nəticəsində 44 nəfər ölüb.
Modern.az