Türkiyənin Kayseri şəhərində bu gün baş verən terror aktı əleyhinə təşkil olunan yürüşün iştirakçıları müxalifətçi Xalqların Demokratiyası Partiyasının (HDP) yerli şöbəsinin binasına od vurublar. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları bununla PKK terror təşkilatına dəstək verməkdə günahlandırılan partiyadan qisas aldıqlarını bildiriblər.
Qeyd edək ki, terrorçuluğu dəstəkləməkdə günahlandırılaraq, HDP-nin hər iki həmsədri və Türkiyə parlamentinin bu partiyanı təmsil edən bir qrup deputatı bir müddət öncə həbs ediliblər.
Modern.az