Modern.az

  Müsadirə edilən 1,04 ton narkotik vasitə məhv edilib

   Müsadirə edilən 1,04 ton narkotik vasitə məhv edilib

17 Dekabr 2016, 23:06

Çinin Cıcian vilayətində polisin müxtəlif vaxtlarda müsadirə etdiyi 1,04 ton narkotik vasitə məhv edilib. Modern.az  saytı xəbər verir ki, müsadirə edilən 102 kiloqram heroin, 665 kiloqram metamfetamin, 129 kiloqram ketamin və 146 kiloqram digər maddənin ümumi dəyəri 400 milyon yuan (57,5 milyon ABŞ dolları) olub.

 

Sinxua agentliyinin məlumatına əsasən, Cıcian vilayətində cari ilin 11 ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə 4800 iş üzrə 7200-dən çox adam saxlanılıb.

 

Son illər internet vasitəsilə xüsusən gənclərə narkotik maddələr satılması halları çoxalıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU