Modern.az

Çin saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarır

Çin saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarır

18 Dekabr 2016, 00:28

Pekin ölkənin Hərbi-Dəniz Qüvvələrinin Cənub Çin dənizində saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarmağı qərara alıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Çin Müdafiə Nazirliyi yayıb.

 

Qeyd edək ki, dekabrın 15-də Çin Hərbi-Dəniz Qüvvələri Cənub Çin dənizində avtonom şəkildə idarə olunan sualtı pilotsuz aparat saxlayıb. Amerika tərəfinin bildirdiyinə görə, aparat Cənub Çin dənizinin beynəlxalq sularına ABŞ-ın  “Bowditch” okeanoqrafik gəmisindən elmi tədqiqat məqsədilə buraxılıb. 

 

Pentaqonun mətbuat katibi Piter Kuk insidentdən sonra tədqiqatın beynəlxalq hüquq çərçivəsində aparıldığını və aparatın ABŞ-a qaytarılmasını tələb edib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU