Modern.az

BMT-nin baş katibi Cənubi Koreyanın prezidenti ola bilər

BMT-nin baş katibi Cənubi Koreyanın prezidenti ola bilər

18 Dekabr 2016, 14:25

 Gələn il yanvarın 1-də səlahiyyəti başa çatacaq BMT-nin baş katibi Pan Qi Mun Cənubi Koreyada prezidentlik kürsüsü uğrunda mübarizə apara biləcəyinə işarə edib.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, Pan Qi Munun sözlərinə görə, yanvarın əvvəlində bir neçə gün istirahətdən sonra o vətəninə - Cənubi Koreyaya qayıdacaq.

 

O, prezidentlik ambisiyası ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb, ancaq qeyd edib ki, öz ölkəsinə necə kömək göstərmək haqda düşünür.

Pan Qi Mun Cənubi Koreyadakı situasiyanı “çox çətin” adlandırıb.

Xatırladaq ki, dekabrın əvvəlində Cənubi Koreya parlamenti prezident Pak Kın Xenin impiçmenti ilə bağlı səs verib.

Dövlət başçısının köməkçisi və yaxın rəfiqəsinin korrupsiya və və xidməti vəziyyətindən öz xeyrinə istifadə etməkdə günahlandırılması ölkədə böyük qalmaqala səbəb olub.

 

Ölkənin Konstitusiya Məhkəməsi 6 ay müddətində Pak Kın Xeni hakimiyyətdən uzaqlaşdırıb-uzaqlaşdırmamaqla bağlı qərar verməlidir. Məhkəmə qərar verənə qədər ölkəni baş nazir idarə edəcək.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU