Modern.az

“Son terrorçu qalana qədər mübarizə davam edəcək” - Hulusi Akar

“Son terrorçu qalana qədər mübarizə davam edəcək” - Hulusi Akar

18 Dekabr 2016, 21:45

Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Kayseri terrorunda yaralanan hərbçilərə baş çəkib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, mətbuata qapalı keçən ziyarətdən sonra general yaralı hərbçilərin ailələri ilə görüşüb.

Baş Qərargah rəisi  bildirib ki, son terrorçu qalana qədər mübarizə davam edəcək: “Əhvalımız yüksəkdir və onların uğur qazanmaq şansları belə yoxdur. Bölgədə həbçilərimizlə bacarmayacaqlarını görüb bu alçaq hücumu törətdilər”.

 

Qeyd edək ki, dünən Kayseri Ərciyəz Universitetinin qarşısında kamikadze hərbçiləri daşıyan avtobus yaxınlığında özünü partladıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 50-dən çox yaralı var.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU