Berlində yük maşınının Milad bazarında iştirak edən insanlara çırpılması nəticəsində ölənlərin sayı 12-yə çatıb, 50-dək insan yaralanıb. Bu barədə alman polisi özünün “Tvitter” səhifəsində məlumat yayıb.
***
Berlində naməlum şəxsin yük maşını ilə insanları vurması nəticəsində zərərçəkən şəxslərin sayı açıqlanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident nəticəsində 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Hadisə Yeni il yarmarkasında baş verib.
Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir. Berlin polisi sakinləri evdən çıxmamağa çağırıb.
00:20
Berlində yük maşını insan kütləsini əzib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı azı 9 nəfərin həlak olduğu bildirilir.
Baş verən hadisənin terror aktı olduğu ehtimal edilir.
Vüqar İSMAYILOV