Modern.az

Rusiya, Türkiyə və İran birgə bəyannamə imzaladılar

Rusiya, Türkiyə və İran birgə bəyannamə imzaladılar

20 Dekabr 2016, 18:26

Rusiyanın paytaxtı Moskvada xarici işlər nazirləri Sergey Lavrov (Rusiya), Mövlud Çavuşoğlu (Türkiyə) və Cavad Zərif (İran) arasında üçtərəfli sammit keçirilib.

 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, üç nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib. “Reuters”in bildirdiyinə görə, İran xarici işlər naziri Cavad Zərif Suriya böhranında üç ölkənin birgə çalışacağı mesajını verib. Cavad Zərif Suriyada yalnız hərbi deyil, siyasi bir çözüm olduğunu da ifadə edib. Türkiyə, Rusiya və İranın Suriyada siyasi bir həll tapmaq üçün yeni bir proses başlatdığını deyən Zərif Suriyada atəşkəs razılaşmasına ümid etdiyini də bildirib.

 Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Türkiyə, Rusiya və İranın Suriyadakı böhrana çarə tapmaq üçün birgə bəyanat qəbul etdiyini söyləyib. Lavrov Türkiyə və İranın sülh bəyannaməni dəstəklədiyini bildirib.

 
Mövlud Çavuşoğlu da Suriyada daimi atəşkəs üçün çalışacaqlarını vurğulayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU