Modern.az

Səfiri qətlə yetirən polisin sevgilisi də SAXLANILIB

Səfiri qətlə yetirən polisin sevgilisi də SAXLANILIB

20 Dekabr 2016, 20:36

Rusiyanın Ankarada səfirini qətlə yetirən Mövlud Mert Altıntaşla bağlı yeni məlumatlar açıqlanıb. Modern.az saytı xəbər verir ki, ölke.az-ın məlumatına görə, bu səhər qatilin dayısı da həbs edilib.

Aydın vilayətinin Terrorla Mübarizə Şöbəsindən verilən açıqlamaya görə, Mövlud Mert Altıntaşın dayısı Həsən Furuncu "FETÖ”-yə bağlı özəl məktəblərdən birinin rəhbəri olub.

Həmin məktəb bağlanıb və Həsən Furuncu barəsində cinayət işi başlanıb. O, şəhəri tərk etməmək şərti ilə azadlığa buraxılıbmış.

Qeyd edək ki, səfirin qətli ilə bağlı Mövlud Mert Altıntaşın valideynləri, bacısı, sevgilisi, onunla eyni evdə qalan polis dostu da həbs olunub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU