Türkiyədə PKK-ın siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı HDP-nin baş qərargahı verib.
Qərargahdan verilən məlumatda bildirilib ki , bu səhər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini və HDP-nin İstanbul millət vəkili Pervin Buldan İstanbuldakı evində saxlanılıb.
***
Pərvin Buldan İstanbulun Bakırköy rayon polisində dindirilib. İfadə verəndən sonra sərbəst buraxılıb.
Mirmahmud KAZIMOĞLU