Modern.az

Putin: “ABŞ-ın Rusiyadan çox silahı var”

Putin: “ABŞ-ın Rusiyadan çox silahı var”

23 Dekabr 2016, 14:02

Rusiya prezidenti Vladimir Putin növbədənkənar prezident seçkilərindən danışıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ona ünvanlanan ilk suallardan biri növbədənkənar prezident seçkiləri ilə bağlı olub.

 

“Hansı ölkənin? Rusiyanın? Bu ehtimal mümkündür lakin məqsədəuyğun deyil” – deyə Rusiya prezidenti deyib.

 

Putin həmçinin, iqtisadi çətinliklərə və problemlərə baxmayaraq Rusiyanın suveren valyuta ehtiyatlarının 100 milyard dollar səviyyəsində saxlandığını bildirib.

 

Rusiya prezidenti ölkəsinin istənilən aqressordan güclü olması fikrini bir daha təkrarlayıb.

“Rusiya ona hücum edəcək istənilən aqressordan güclüdür. ABŞ-ın Rusiyadan çox silahı var və biz bunu şübhə altına almırıq. Amma öz növbəsində yeni təyyarə və sualtı qayıqlar istehsal edirik”.

 

Vüqar İSMAYILOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu